"Səbail"in kapitanı Rahid Əmirquliyevin "Keşlə" ilə anlaşdığını günlər öncə xəbər vermişdik. Yarımmüdafiəçinin yeni klubu ilə müqavilə müddəti 1,5 illik nəzərdə tutulub.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi millinin keçmiş üzvünə 10 min manat maaş təyin edib. Bu məbləğ isə Rahidin "Səbail"də aldığı əməkhaqqı ilə təxminən eynidir.

Sadəcə, "dənizçilər"in artıq yüksəködənişli futbolçularının məvaciblərini ödəməsində problem yaranıb. Bu səbəbdən "Səbail" rəhbərliyi 6 aylıq müqaviləsi qüvvədə qalan Əmirquliyevə sərbəst agent statusu verməyə razılaşıb. (sportinfo.az)