
10 boksçumuz “Heydər Əliyev Kuboku”nda mərhələ adladı
- 12:30
- 33
Azərbaycanın 10 boksçusu “Heydər Əliyev Kuboku-2025” beynəlxalq tuirnirində mərhələ adlayıb.
Rekord.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə oğlanlar 1/4 final, qızlar yarımfinal döyüşlərinə çıxıblar.
8 oğlan boksçu yarımfinala, 2 qız idmançı isə finala vəsiqə qazanıb.
Bakı Boks Mərkəzində keçirilən turnirin dördüncü günündə oğlanlar arasında 28, qızlarda 7 döyüş olacaq.
Oğlanlar
1/4 final
44 kq
Əli Ruşanov (Azərbaycan) – Nicat Abdullayev (Azərbaycan) 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28)
Həsrət Məmmədov (Azərbaycan) – Şotiko Sidamonidze (Gürcüstan) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)
Həsən Sərdərli (Azərbaycan) – Abdulloh Nuraliyev (Özbəkistan-2) 4:1 (30:27, 28:29, 30:27, 29:28, 29:28)
46 kq
Qardaş Rəhimov (Azərbaycan) – Şamil Nəcəfov (Azərbaycan) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)
50 kq
Məhəmməd Rəsulov (Azərbaycan) – Oğuz Həsənov (Azərbaycan) 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29)
60 kq
Şahin Aslanov (Azərbaycan) – Temur Pavliaşvili (Gürcüstan) 5:0 (30:27, 30:27, 29:28, 29:28, 29:28)
66 kq
Nurlan Süleymanov (Azərbaycan) – Kirill Sorokovikov (Rusiya) 4:1 (29:28, 30:27, 27:30, 29:28, 29:28)
70 kq
Şükar Əliyev (Azərbaycan) – Adil Zalov (Azərbaycan) 1:4 (29:28, 28:29, 28:29, 27:30, 27:30)
Qızlar
Yarımfinal
48 kq
Arina Kmita (Belarus) – Gülər Hüseynova (Azərbaycan) 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30)
52 kq
Viktoriya Dorofeyeva (Belarus) – Cəmilə Muradlı (Azərbaycan) 0:5 (26:30, 26:30, 26:30, 25:30, 27:30)
Viktoriya Bişler (Qazaxıstan) – Zəhra Məmmədova (Azərbaycan) 2:3 (28:29, 28:29, 30:27, 30:27, 28:29)
Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev Kuboku-2025″ turnirinin final görüşləri mayın 21-də baş tutacaq.