
1 balı çatmadığı üçün İngiltərədə işçi vizası ala bilmədi
- 18 Fev 2023 12:43
- 381
"Çelsi" heyətinə qatdığı braziliyalı futbolçu Andre Santosu böyük ehtimalla geri göndərməli olacaq.
Rekord.az xəbər verir ki, buna səbən 18 yaşlı futbolçunun İngiltərədə işçi vizası ala bilməməsidir.
Bunun üçün onun cəmi 1 balı çatmayıb. Hazırda "Çelsi" Santosu Libertadores kubokunda oynayan klublardan birinə icarəyə vermək istəyir. Futbolçu bununla həm təcrübə toplayacaq, həm də orada çıxış etməklə işçi vizası üçün 3 bal əldə edəcək. Hansı ki, "Çelsi"də çıxış etmək üçün ona 1 bal da bəs edir.