“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.

Sport24.az xəbər verir ki, paytaxt klubu Rodriqo Bonqonquini heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasındakı müqavilə mövsümün sonuna qədərdir.

Fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib. 28 yaşlı hücumçu yarımmüdafiənin sol cinahında da oynaya bilir.