Yevlaxda "Şamaxı"nın bayrağını oğurladılar
- 11:00
- 40
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində Yevlaxda oynanılan "Kəpəz" - "Şamaxı" matçında azarkeşlər arasında qalmaqal yaşanıb.
Rekord.az xəbər verir ki, "Şamaxı" azarkeşləri onlara məxsus bayrağın "Kəpəz" azarkeşləri tərəfindən oğurlandığını iddia edir.
Onların sözlərinə görə, bir neçə gəncəli fanat oyun zamanı arxadan gizlin şəkildə onlar olan sektora yaxınlaşaraq bayrağı oğurlayıb və qaçıb. Daha sonra "Şamaxı" azarkeşləri bununla bağlı polisə müracət edib və deyilənə görə, həmin fanat asayiş keşikçiləri tərəfindən tutulub.