Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.


Rekord.az xəbər verir ki, bu mərhələdə yarışdakı bütün MMA döyüşçüləri təxminən bir saat ərzində çəkidən keçiblər.


"UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.


Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.