Veteran voleybolçumuz gənclərlə görüşüb
- 14:40
- 29
Azərbaycanın veteran voleybolçusu Yelena Şabovta Bakıda yeniyetmə və gənc voleybolçularla görüşüb. "Rekord.az" xəbər verir ki, görüş Milli Gimnastika Arenasında baş tutub.
Görüşdə Y.Şabovta gənclərə professional voleybolçu olmağın yollarından danışıb, tövsiyələrini verib. O, həmçinin milli komanda və klublarda çıxışla bağlı öz təcrübələrini gənc voleybolçularla bölüşüb.
Görüşün sonunda veteran voleybolçumuz və gənclər xatirə şəkli çəkdiriblər.