Tovuz stadionunun qazonunda bərpa işləri aparıldığı üçün "Turan Tovuz" ev oyunlarını Bakıda keçirir.

Rekord.az xəbər verir ki, komandanın martın 22-də Tovuza dönəcəyi deyilsə də bu, yubana bilər.

İş ondadır ki, ot örtüyünün bərkidilməsi üçün yapışqan maddədən istifadə olunacaq. Həmin maddənin möhkəm yapışması üçün isə isti hava lazımdı. Mart ayının ölkəmizdə soyuq keçdiyini nəzərə alsaq, sözügedən proses aprelə qədər uzana bilər. Bu isə "Turan Tovuz"un Tovuza dönüşünü yubadacaq.