Böyük ümidlərlə "Sumqayıt"a transfer olunan Emil Mustafayev yalnız "Turan Tovuz"a qarşı bir hissə oynayıb.

Rekord.az xəbər verir ki, daha sonra zədələnən yarımmüdafiəçi iki turdu yaşıl meydançalardan uzaq düşüb.

Əldə etdiyimiz məlumata görə, bu həftə "Kəpəz"ə qarşı oyunda da forma geyinə bilməyəcək. Yalnız 21-ci turda "Qəbələ"yə qarşı oyunda forma geyinə biləcək.