Sumqayıtda maraqlı görüş
- 11:00
- 37
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyi, GİKM-nin Abşeron-Xızı regional nümayəndəliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Gənclərdə inklüzivliyin artırılması" istiqamətində görüş keçirilib.
Rekord.az xəbər verir ki, görüş zamanı fiziki məhdudiyyətli gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub, müxtəlif intellektual, əyləncəli oyunlar keçirilib.
Tədbirdə "İnklüziv şəhər nəqliyyatı - Velomobil"in təqdimatı keçirilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Sonda fiziki məhdudiyyətli gənclər Regional İdarənin diplomları ilə təltif edilib.