Futzal üzrə Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində yer aldığı 3-cü qrupda daha bir oyun keçirilib.

Rekord.az xəbər verir ki, doğma meydanda Yunanıstan yığması ilə qarşılaşan Slovakiya millisi böyükhesablı qələbə qazanıb – 6:0.

Bu qələbə sayəsində slovakiyalılar qrupda ikinci pilləyə yüksəliblər.

Qeyd edək ki, son olaraq Moldova yığmasına 5:1 hesabıyla qalib gələn Azərbaycan millisi bu qrupda vahid liderdir:

1. Azərbaycan - 9
2. Slovakiya - 4
3. Moldova - 4
4. Yunanıstan - 0