"Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirildi
- 14:30
- 32
Güclü qar səbəbindən Misli Premyer Liqasının XIX turunda keçirilməli olan "Şamaxı" – "Qarabağ" oyununun başlama saatı dəyişdirilib.
Rekord.az PFL-ə istinadən xəbər verir ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi saat 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.