"Şamaxı" Cəlal Hüseynovla bağlı "Arda"ya müraciət edəcək.
Rekord.az xəbər verir ki, Şamaxı təmsilçisi bu futbolçunu saxlamaq istəyir.
Lakin bunun üçün onun müqavilə ilə məxsus olduğu Bolqarıstan təmsilçisindən razılıq alınmalıdır.
Qeyd edək ki, Cəlal "Şamaxı"da icarə əsasında oynayır.