"Şamaxı" azarkeşləri Davud babanı unutmadı - FOTO
- 11:22
- 28
Misli Premyer Liqasının 18-ci turu çərçivəsində Yevlaxda keçirilən "Kəpəz" - "Şamaxı" matçı diqqətçəkən məqamla yadda qaldı.
Rekord.az xəbər verir ki, qonaq komandanın azarkeşləri ötən il vəfat edən "Şamaxı" azarkeşi Davud Fətəliyevi yad ediblər.
Sən demə, oyun günü mərhumun doğum günü imiş. "Şamaxı" azarkeşləri də "Davud baba"nın fotosunu açaraq onu yad ediblər.