“Sabah”ın ötən ay yollarını ayırdığı Neqoş Kupusoviç özünə yeni klub tapıb.


Rekord.az xəbər verir ki, 24 yaşlı hücumçu Bosniya və Herseqovina çempionatında oynayacaq.


O, yüksək liqa təmsilçisi “Radnik”lə anlaşıb. Kuposoviç 2027-ci il mayın 31-nə qədər Biyelyina təmsilçisinin formasını geyinəcək.


Serb hücumçu 2024-cü ildən “Sabah”a keçmişdi və 29 matçda meydana çıxmışdı.