Kristian da Silva böyük ehtimalla mövsümün sonunda "Sabah"dan ayrılacaq.
Rekord.az-a daxil olan məlumata görə, Masazır təmsilçisi 35 yaşlı futbolçu ilə yeni müqavilə imzalamaqda maraqlı deyil.
Qeyd edək ki, da Silvanın "Sabah"la müqaviləsi mövsümün sonunda başa çatır.