Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq-da çıxış edən qızlar mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan start verən Elvina Kərimzadə Polşa təmsilçisi üzərində "tuşe" ilə qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında rumıniyalı rəqibinə minimal fərqlə uduzan Elvina iyulun 23-də bürünc medal uğrunda güləşəcək.

Ruzanna Məmmədova təsnifat mərhələsində qazax güləşçiyə tam üstünlüklə qalib gələrək DÇ-yə inamlı start verib. Rumıniyalı rəqibindən də güclü olan Məmmədova adını yarımfinala yazdırıb. Türkiyə güləşçisini də məğlub edən Ruzanna finala vəsiqə qazanıb.

Qeyd edək ki, medallar uğrunda görüşlər iyulun 23-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

40 kq
1/4 final: Elvina Kərimzadə - Dominika Konkel (Polşa) 4:0 (tuşe)
1/2 final: Elvina Kərimzadə - Aleksandra Voikulesku (Rumıniya) 5:6
Bürünc medal görüşü: Elvina Kərimzadə - Tana Tiuliuş (Rusiya)

46 kq
Təsnifat: Ruzanna Məmmədova - Aliyə Daulet (Qazaxıstan) 10:0
1/4 final: Ruzanna Məmmədova - Kristina Bayan (Rumıniya) 4:0
1/2 final: Ruzanna Məmmədova - Şevval Çayır (Türkiyə) 2:0
Final: Ruzanna Məmmədova - Komal Komal (Hindistan)