Türkiyənin tanınmış futbol şərhçisi Rıdvan Dilmen peşəsi ilə vidalaşıb.

Rekord.az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında yazıb.

Dilmen işindən ayrılmasının səbəbini özü və ailəsi haqda böhtanların yayılması ilə əlaqələndirib.Dilmen yaxın vaxtlarda məsələ ilə bağlı məhkəməyə müraciət edəcəyini açıqlayıb:

“Heç bir şəxs, cəmiyyət və qurumla əlaqədar əsla hörmətsizlik etməmişəm. Vicdanım çox rahatdır.

Ancaq son zamanlar təşkilatlanmış şəkildə hədəf göstərilərək mənə və ailəmə yaşadılan kədəri, böhtanı başqaları kimi qəbul etməyim mümkün deyil”.

Rıdvan Dilmen 15 il fasiləsiz NTV telekanalında şərhçilik edib.