
Qusar derbisində lider sevindi
- 13 May 2025 20:34
- 55
2-ci Liqada 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, lider “Şahdağ Qusar” bu turda “Qusar”a qalib gəlibsə, əsas izləyicisi “Şəfa” da “Füzuli”ni 7 cavabsız qolla yenib.
“Göygöl” “Kür-Araz”a, “Hypers Quba” “Şimal”a, “Şəki Siti” “Araz Saatlı”ya qalib gəlib. “Ağdaş” “Dinamo”ya, “Lerik” isə “Şəmkir”ə uduzub.
2-ci Liqa
25-ci tur
13 may
“Füzuli” – “Şəfa” 0:7
Qollar: Amil Yunanov, 17; 38; 44; 50. Aqşin Paşayev, 37. Rauf Məhərrəmov, 60. Cavad Bağırov, 79.
“Şahdağ Qusar” – “Qusar” 3:1
Qollar: Samir Qurbanov, 22. Xəqani Sadıxov, 74. Kənan Mirzəliyev, 90+4 – Orxan Əlixanov, 12.
“Ağdaş” – “Dinamo” 0:2
Qollar: Həsənəli Rəhimov, 6. Əlisa İsayev, 58-pen.
“Göygöl” – “Kür-Araz” 4:1
Qollar: Kərəm Əhmədli, 13. Zahid Sadıxov, 19. Cavanşir Cavanşirov, 83. Elcan Rəhimov, 90+2 - Elxan Məmmədov, 1.
“Hypers Quba” – “Şimal” 2:1
Qollar: Cavid İmamverdiyev, 27-pen; 50 - Şahlar Sədiyev, 45.
“Şəki Siti” – “Araz Saatlı” 1:0
Qol: Əli Tağızadə, 48.
“Lerik” – “Şəmkir” 1:4
Qollar: Zaur Nuruzadə, 52 - Vidadi Cəfərov, 21-pen; 31; 35. Ramiz Bağırov, 68-öz qapısına.