Qurban Qurbanov millimizin keçmiş üzvünə 3 min manat yardım etdi - ÖZƏL!
- 11:00
- 65
Millimizin keçmiş futbolçusu Kamal Quliyevin səhhətində ciddi problem yaranmasından xəbərdarsınız.
Rekord.az xəbər verir ki, Quliyev hətta futbol ictimaiyyətinə video müraciət edərək, kömək də istəmişdi.
Bundan sonra "Neftçi" klubu və AFFA kömək üçün söz vermişdi. "Sumqayıt" klubu isə veteran futbolçuya 2 min manat yardım etmişdi. Aldığımız məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da sabiq milli üzvünə maddi dəstək göstərib. Belə ki, o, Quluyevə 3 min manat pul göndərib.