“Qarabağ” - “Nyukasl” matçının biletləri satışa çıxarıldı
- 12:40
- 33
UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" – "Nyukasl" matçının biletləri bu gün, saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Standart biletlərin qiymətləri 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar 200, 250, 300 və 400 manat, VVIP sektorlar 1000 manatdır.
"Qarabağ" - "Nyukasl" matçı fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.