
“Qarabağ” – "Kəpəz" matçının biletləri satışda
- 16:45
- 45
Premyer Liqanın 35-ci turunda keçiriləcək “Qarabağ” - "Kəpəz" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa çıxarılıb.
Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Satış məntəqələri:
iTicket.az-da onlayn satış;
iTicket.az-ın "28 və Gənclik Mall"da yerləşən məntəqələri.
Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.
Azarkeşlər biletləri oyun günü qeyd olunan satış məntəqələrindən, həm də “Azersun Arena”nın kassasından əldə edə bilər.
Bu qarşılaşma mayın 18-də keçiriləcək və 19:00-da başlayacaq.