Premyer Liqanın keçmiş bombardiri 1-ci Liqa klubunda
- 17:40
- 37
Azərbaycan Premyer Liqasının keçmiş bombardiri Nurlan Novruzov 1-ci Liqa təmsilçisi "Mingəçevir"ə keçib.
Bu barədə Rekord.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
32 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Son klubu 2-ci Liqa təmsilçisi "Sheki City" olmuş təcrübəli futbolçu yeni komandasında 19 nömrəli formanı geyinəcək.