Premyer Liqada yanvar ayının ən yaxşısı məşqçisi bəlli oldu
- 19:00
- 39
"Mançester Yunayted"in çalışdırıcısı Maykl Karrik İngiltərə Premyer Liqasında yanvar ayının ən yaxşı baş məşqçisi seçilib.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Karrikin rəhbərliyi altında komanda yanvarda "Arsenal"ı (3:2) və "Mançester Siti"ni (2:0) məğlub edərək iki qələbə qazanıb. Adıçəkilən kollektivlər turnir cədvəlində müvafiq olaraq birinci və ikinci yerdədirlər.
44 yaşlı Karrik yanvarın 13-dən "Mançester Yunayted"ə rəhbərlik etməyə başlayıb. O, "Mançester Yunayted"in futbolçusu kimi beş dəfə İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Avropa Liqası və Klublararası Dünya Kuboku titulunu qazanıb.