AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Baku-Fire” – “Araz Naxçıvan” oyununda “Baku-Fire” komandasının oyunçusu Eldar Zeynalov oyunun 38-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb.


U-19 - “Yeni Suraxanı” oyunu “Yeni Suraxanı” təyin olunan vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Yeni Suraxanı” komandasına 0:5 hesablı texniki məğlubiyyət verilib.