“Nəticə oyuna görə olmadı” – “Qəbələ”nin məşqçisi
- 21:40
- 33
“Qəbələ” bu gün Misli Premyer Liqasının 19-cu turunda “Neftçi”nin qonağı olub.
Rekord.az xəbər verir ki, “Palms Sports Arena”da keçirilən oyundan sonra “qırmızı-qaralar”ın məşqçisi Georgi Çixradzenin mətbuat konfransı olub. Gürcüstanlı mütəxəssis 0:1 hesabı ilə məğlub olduqları matçı belə şərh edib:
“Maraqlı və dinamik oyun oldu. Bilirdik ki, “Nefçi” ilk dəqiqələrdən sürətli oyun nümayuş etdirəcək. Rəqibə bu baxımdan uduzduq. Amma ilk 15 dəqiqədən sonra yaxşı oynadıq. Şanslarımız da oldu. Yararlana bilmədik. Nəticə oyuna görə olmadı. Amma bu, futboldur.
Ovusunu sakitləşdirdik. İlk oyun idi Premyer Liqada çıxış edir. Özünü inkişaf etdirir. Biz də çalışdıq ki, onu sakitləşdirək.
Fasilənin əvvəllərində də Rza Cəfərovu almaq istəyirdik, alınmamışdı. İndi gəldi. Gənc futbolçudur, biz onun perspektivinə bələdik. “Sabah”la matçda da yaxşı çıxış etmişdi, ona görə bu gün ona şans verdik. Səbəb “Neftçi” ilə oynadığımıza görə deyildi”.