"Neftçi"nin əvəzedici komandasına üç legioner cəlb olundu
- 13:00
- 32
"Neftçi"nin əvəzedici komandasına 3 futbolçu transfer olunub.
Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.
Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşmanın müddəti daha 2 il artırıla bilər.
19 yaşlı Diavaranın sonuncu klubu "Şalke 04" (Almaniya) klubunun U-19 komandası olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın "Broad City", 19 yaşlı Oluvafemi isə "36 Lion" klubunda çıxış edib.