Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi
- 21:24
- 50
UEFA Millətlər Liqasının 2026/2027-ci il mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə təşkil edilən püşkatmanın nəticəsinə görə D liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Püşk zamanı birinci səbətdə yer alan millimiz 2-ci qrupda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.
Millətlər Liqasında yeni mövsümə 2026-cı ilin sentyabrında start veriləcək.