Millimiz Gürcüstana ikinci oyunda da uduzdu
- 17:15
- 30
Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.
Rekord.az xəbər verir ki, komanda Tiflisdə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında baş tutan ilk görüş rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatmışdı.