Millimiz Gürcüstan yığması ilə qarşılaşacaq
- 16:40
- 34
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Rekord.az xəbər verir ki, U-17 hazırlıq çərçivəsində fevralın 6-da və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında Bakı vaxtı ilə saat 13:00-da başlanması planlaşdırılır.
U-17 millimizin heyətini nəzərinizə çatdırırıq:
1. İradə Əsədli - Şəfa
2. Süməyyə Əhməd - Ulduz
3. Aysu Əsədova - Sabah
4. Ayan Abdiyeva - Liman
5. Xədicə Rəhimova - Neftçi
6. Zəhra İsmayilova - Şəfa
7. Aylin Azadova - Sabah
8. Məryəm Nuruzadə - Ulduz
9. Nuray Əzizova - Təhsil 8 İOEUGİM
10. Aylin Əliyeva - Ulduz
11. Məryəm Səmədli - Sabah
12. Suel Polikarpova - Neftçi
13. Sara Səlimova - Neftçi
14. Fatimə Kərimli - Sabah
15. Dəniz Mikayıllı - Şəfa
16. Sara Qaribova - Təhsil 8 İOEUGİM
17. Şəhanə Mirzəliyeva - Liman
18. Zəhra Abdullayeva - Ulduz