Millimiz Avropa çempionatında iştirak edəcək
- 17:00
- 37
Azərbaycanın çimərlik futbolu yığması Gürcüstanın Batumi şəhərində təşkil olunacaq Avropa çempionatının B Divizionunda iştirak edəcək.
Rekord.az xəbər verir ki, iyulun 15-19-da keçiriləcək yarışda 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaqlar.
Turnirin reqlamenti və püşkü barədə daha sonra məlumat veriləcək.