“Milan”ın müdafiəçisi Aleks Ximenes icarə əsasında çıxış etdiyi “Bornmut”un tamhüquqlu futbolçusuna çevrilib.


Rekord.az xəbər verir ki, bu barədə İngiltərə Premyer Liqası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


20 yaşlı futbolçunun transferi üçün “Bornmut” “Milan”a 19 milyon avro ödəyəcək. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonus da daxildir.


İspaniyalı müdafiəçi cari Premyer Liqa mövsümündə 22 oyunda iştirak edib, 1 qol vurub.


“Bornmut” hazırda İngiltərə çempionatında 26 turdan sonra 37 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.