“Məktəbli Qızlar” turnirində pley-off iştirakçıları bilindi
- 15:15
- 30
AFFA ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı, UEFA-nın dəstəyi ilə təşkil olunan “Məktəbli Qızlar” turnirində Lənkəran zonası üzrə qrup mərhələsinə yekun vurulub.
Rekord.az xəbər verir ki, E qrupunda son oyunlar mərkəz seçilmiş Şilavar kənd tam orta məktəbində keçirilib və 4 komanda mübarizə aparıb.
Əvvəlcə 7 saylı məktəb və Şilavar kənd tam orta məktəbin komandası üz-üzə gəlib. Ardından Xarici Dillər Təmayüllü (XDT) internat tipli gimnaziya və 5 saylı məktəblərin komandaları qarşılaşıblar.
F qrupunun son matçları isə 4 komandanın iştirakı ilə Sütəmurdov kənd tam orta məktəbində təşkil olunub. Əvvəlcə 1 saylı və Sütəmurdov kənd tam orta məktəblərin, ardından isə 4 və 3 saylı məktəblərin komandaları qarşılaşıblar.
E qrupundan 5 saylı və Şilavar kənd tam orta məktəbin, F qrupundan isə 1 və 4 saylı tam orta məktəbin komandası Lənkəran zonası üzrə pley-off mərhələsinə vəsiqə qazanıblar.