“Komandamın göstərdiyi oyundan çox razıyam” - Rəşad Sadıqov
- 19:30
- 31
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Sumqayıt"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib:
“İdeal komandaya qarşı oynayırdıq. Buna baxmayaraq, oyunu yaxşı səviyyədə keçirdik. Daha çox dominant tərəf biz idik. Yaxşı hücumlarımız, qol epizodlarımız var idi. Təəssüf ki, sadəcə fərqlənə bilmədik. Bəlkə də bu gün 1-2 qol vursaydıq, cavab matçına daha rahat hazırlaşardıq. Xeyirlisi olsun. Artıq 3 gündən sonra bu iki komanda arasında olduqca önəmli çempionat oyunu var. Bütün fikrimizi həmin oyuna yönəldəcəyik. O matç daha fərqli keçəcək. Bu gün hər iki komandanın beynində birinci oyun idi deyə, səhvləri düzəltmək üçün vaxt var idisə, amma hamımız başa düşürük ki, 3 gündən sonra keçiriləcək qarşılaşma turnir cədvəli baxımından nə qədər önəmlidir. Düşünürük ki, o matçda rəqib daha istəkli, daha motivasiyalı olacaq. Çalışacağıq ki, bizə vacib olan qələbəni 3 gündən sonra burada qazanaq.
Bizim üçün vacib olan oyundan sonra səhvlərimizi analiz edib, o yöndə hansı addımlar lazımdırsa, onu ataq və növbəti matçlarda da daha yaxşı olaq. Bu gün də qol epizodlarımız oldu, qalib də gələ bilərdik. Amma alınmadı. Artıq növbəti oyuna köklənməliyik. Komandamın performansından, göstərdiyi oyundan çox razıyam”.