"İmişli"nin üzünə bağlanan stadionda iki komanda oynayır
- 12:00
- 47
Məlum olduğu kimi, "İmişli" klubu Premyer Liqaya vəsiqə qazansa da ev oyunlarını doğma rayonda keçirə bilmir.
Rekord.az xəbər verir ki, buna səbəb İmişli stadionunun elita tələblərinə cavab verməməsidir.
"İmişli" rəhbərliyi isə bildirir ki, onlar stadionu götürüb əsaslı təmir etmək istəsələr də, onlara bu imkan yaradılmır. Stadion hazırda başqa qurumun balansındadır və "İmişli"ni bu arenaya yaxın buraxmırlar.
Çox maraqlıdır ki, "İmişli"nin üzünə bağlanan İmişli stadionu digər komandaların üzünə açıqdır. Belə ki, "Region Liqası"nda mübarizə aparan "İmişli Bələdiyyəspor" və "Araz" İmişli ev oyunlarını burada keçirir.