Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev 2-ci Liqa təmsilçisi "Sheki City" ilə vidalaşıb.


Bu barədə Rekord.az-a bölgə klubunun mətbuat xidmətindən bildirilib.


36 yaşlı hücumçu ilə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.


Qeyd edək ki, Şəki komandası hazırda 2-ci Liqanın turnir cədvəlində 25 xalla 4-cü pillədə qərarlaşıb.