“Harda yazılıb ki, “Qarabağ”la oyunumuz təxirə salınıb?” - Vernidub
- 22:00
- 38
“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni qəbul edib.
Rekord.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn “ağ-qaralar”ın baş məşqçisi Yuri Vernidubun oyundan sonra mətbuat konfransı keçirilib. Ukraynalı çalışdırıcı birinci hissədə yaxşı oyun nümayiş etdirdiklərini bildirib:
“Səmimi desəm, birinci hissədə yaxşı oyun göstərdik və qol da vurduq. Hətta birini də vura bilərdik. Amma “Qəbələ”nin belə bir fürsəti olmadı. Digər tərəfdən, psixologiya ilə bağlıdır. Komanda uzun müddətdir ki, bu stadionda qələbə qazana bilmirdi. Həm də ki, hesabda öndə olmağımız oyunçuların daha çox müdafiədən oynaması ilə nəticələndi. Əsas odur ki, mən bu gün futbolçulara tapşırıq vermişdim ki, bu gün bizə qələbə lazımdır. Oyun bitib, yadda qalan nəticədir.
Harda yazılıb ki, “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb? Mən görməmişəm. Mənə desələr ki, çıx oyna, çıxıb oynayacağıq. Azərbaycan çempionatında 12 komanda var və onlardan biri bizik. Mənim üçün fərq etmir, istər “Sumqayıt” olsun, istər “Kəpəz” olsun.
Mən baş məşqçiyəm və meydanda olan hakimin qərarlarına fikir bildirə bilmərəm. Bunun üçün komitə var. Amma hakimlər də insandır, səhv edə bilərlər. Qərəzli yanaşma görmədim”.