Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşündə qələbə qazandı
- 27 İyn 2026 23:15
- 36
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunan turnirinə yekun vurulub.
Rekord.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda gecənin bütün qarşılaşmaları başa çatıb.
Son olaraq əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.
Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M. Torresi nokaut edib.
Beləliklə, UFC-nin Bakıda təşkil etdiyi ikinci turnir başa çatıb. Paytaxtdakı ilk belə yarış 2025-ci ildə keçirilib.
Xatırladaq ki, "UFC Fight Night Baku"da Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.