“Bu məğlubiyyətin məsuliyyətini müdafiəçilərin üzərinə atmazdım”
- 22:00
- 31
“Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 19-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfansında fikirlərini paylaşıb.
Rekord.az xəbər verir ki, o, 2:3 hesablı məğlubiyyəti belə şərh edib:
“Maraqlı oyun oldu, gözəl qollar gördük. Nəticədə biz uduzduq. Vüsal Paşayevi təbrik edirəm, çox yaxşı oynadı. Gələcəkdə klub üçün çox önəmli oyunçu ola biləcək. Hesab etmirəm ki, bu nəticə müdafiədəki dəyişikliklərlə bağlıdır. Rayanın mövqeyini dəyişdik. Çünki standart vəziyyətlərdə bizə lazımi yerlərdə olması üçün edirdik. Müəyyən məqamlarda daha yorğun görünürdü, amma bu da normaldır. Deməzdim ki, müdafə xəttinə görə uduzduq. Buraxdığımız ilk qolu müdafiə xəttinin səhvi kimi saymırıq. İkinci qol isə möhtəşəm cərimə zərbəsi idi. Üçüncü qolda hardasa müdafiə xəttinin səhvi oldu. Amma bu futboldur da, ona görə tam məsuliyyəti müdafiə xəttinin üzərinə atmazdım.
Rüstəm Əhmədzadə komandamız üçün çox vacib oyunçudur. Rüstəmin zədəsi var idi, ona görə bir həftə məşq edə bilmədi. Formasını geri qaytarana qədər, meydana sonradan daxil ola bilir. Təbii ki, bu həftə məşqlərdə baxacağıq. Tam uyğun olsa, onu qarşıdakı həftədən əsas heyətdə meydanda görəcəyik. 2 futbolçumuz da zədəlidir. Əgər onlar da oyuna qoşulsalar, bir az rahat olar. Mövcud oyunçulardan gələcəkdə maksimum istifadə edəcəyik”.