“Bu, çox yaxşı göstəricidir” - Piriç
- 22:20
- 31
"Neftçi"nin son 3 oyunda qapısından qol buraxmamasında komandanın ümumi payı var.
Rekord.az xəbər verir ki, bunu "ağ-qaralar"ın qapıçısı Kenan Piriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Misli Premyer Liqasının 19-cu turunda doğma meydanda "Qəbələ"ni məğlub etdikləri (1:0) oyun barədə danışıb:
"Bilirdik ki, "Qəbələ" əks hücumlarda yaxşı çıxış edir. Oyunda üstünlük quran tərəf biz idik. Qaşrılaşma ərzində 2 dəfə səhvə yol verdik, rəqib komanda həmin vaxtlarda təhlükəli hücumlar yaratdı. Təəssüf ki, ikinci hissədə oyuna istədiyimiz kimi başlaya bilmədik.
"Qəbələ"nin futbolçuları hücumlar yaratmağa başlayırdılar. Sevinirik ki, qapımızı toxunulmaz saxlamağı bacardıq. Son 3 oyunda qol buraxmırıq. Bu, çox yaxşı göstəricidir. Təbii ki, burada tək qapıçının yox, bütün komandanın payı var".