"Bayern"in oyunu təxirə salındı
- 02 Dek 2023 17:30
- 236
Bundesliqanın 13-cü turunda bu gün keçirilməli olan “Bayern” – “Union” matçı təxirə salınıb.
Rekord.az xəbər verir ki, buna səbəb Münhendəki pis hava şəraitidir. Şəhərə güclü qar yağıb. Ona görə də Bundesliqa sözügedən görüşü təxirə salmaq qərarına gəlib.
Qarşılaşmanın təxirə salınması ilə bağlı təfərrüatlar yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, Almaniya çempionatının 12 turundan sonra "Bayern" 32 xal toplayıb və hazırda 2-ci pillədə qərarlaşıb. "Union" isə 7 xalla 18-cidir.