Bakıda stolüstü tennis üzrə respublika birinciliyinə start verilib.


Rekord.az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, "Şüa" İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışda 2013-cü il və daha aşağı təvəllüdlü idmançılar bacarıqlarını göstərirlər.


Budəfəki birinciliyə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Şəki, Şabran, Şamaxı, Şirvan və Qobustandan ümumilikdə 100-dən artıq iştirakçı qatılıb. Onlar səxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparırlar.


Üç gün davam edəcək yarışın nəticələrinə əsasən fəxri kürsüyə qalxan idmançılar müvafiq yaş qrupları üzrə seçmə komandalara cəlb ediləcəklər.


Qeyd edək ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən birinciliyə iyulun 3-də yekun vurulacaq.