Bu gün AFFA-nın inzibati binasında futzal üzrə Azərbaycan kubokunun 2025/2026-cı illər mövsümünün püşkü atılıb.


Rekord.az xəbər verir ki, sayca 30-cü dəfə təşkil olunacaq kubok yarışında 6-sı Yüksək, 10-u Birinci Liqa iştirakçısı olmaqla ümumilikdə 16 komanda mübarizə aparacaq. Yarışa 1/8 final mərhələsindən start veriləcək və hər mərhələdə komandalar bir dəfə qarşılaşacaqlar.


Fevralın 14-15-də başlayacaq Azərbaycan kubokunun qalibi mayın 21-də keçiriləcək final matçında müəyyənləşəcək.

 

1/8 final mərhələsində qarşılaşacaq cütlükləri diqqətinizə çatdırırıq:

1. U-19 – “Yeni Suraxanı”

2. “Lənkəran”  - “Atletiko Baku”

3. “STAR kargo” - “Şuşa”

4. “Xan-Lənkəran” - "Dəstə Ordubad”

5. “Baku Fire” - “Araz-Naxçıvan”

6. “Neftçi” İK - “Trabzon Azərbaycan”

7. “Ulduz” - “Baku Fire-2”

8. “Timsport” - PFL

 

1/4 final

9. 1-ci cütün qalibi – 8-ci cütün qalibi

10. 2-ci cütün qalibi – 7-ci cütün qalibi

11. 3-cü cütün qalibi – 6-cı cütün qalibi

12. 4-cü cütün qalibi – 5-ci cütün qalibi

 

Yarımfinal

9-cu cütün qalibi - 12-ci cütün qalibi

10-cu cütün qalibi - 11-ci cütün qalibi