"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib.


Bu barədə Rekord.az-a Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.


Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.


24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.