ABŞ-da yaşayan azərbaycanlı məşqçi: "Nəriman üçün çox çətin olacaq"
- 13:00
- 72
Nəriman Axundzadənin ABŞ klubuna keçidi futbol ictimaiyyıti arasında geniş müzakirə olunur.
Rekord.az məsələyə hazırda bu ölkədə yaşayan futbol məşqçisi, Azərbaycanda uzun illər uşaq futbolunda çalışmış Ruhin Əliyevin də münasibətini öyrənib.
Həmsöhbətimiz ABŞ futbolu, MLS, "Kolumbus Kru" və Nərimanın buradakı perspektivi haqda fikirlərini bölüşüb: "Kolorado Kru" Ohayo ştatını təmsil edən klubdu. Kolombus bu ştatın paytaxtıdır. 20 minlik stadionu var, MLS-də müntəzəm çıxış edir. MLS iki qrupda keçirilir: Şərq və Qərb. Kolumbus Kru" Şərq ştatlarının çıxış etdiyi qrupda mübarizə aparır, hansı ki, Messinin forma geyindiyi "İnter Mayami" da bu qrupda mübarizə aparır. Son mövsümdə 7-ci pilləni tutaraq pley-off-a yüksəlməyi bacarmışdılar. Şərq yarımqrupunun ortabab komandalarından sayılır. Büdcələri də yaxşıdır. Ümumiyyətlə, MLS liqada bütün klubların yaxşı büdcəsi var. Gəlirləri tək sponsordan gəlmir. Marketinqdən, teleyayımdan, bilet satışından, forma satışından da pul qazanırlar. Nəriman üçün çox çətin olacaq. Çünki "Kolombus Kru"nun heyətində hazırda beş hücumçu var və ən ucuzunun qiyməti 400 min dollardı. Digərlərinin dəyəri 1, 1.5, 2 milyon civarındadır. Yəni Nərimanı hücumçu problemi olduğuna görə götürməyiblər. Düşünürəm ki, gənc olduğuna, milli komanda üzvü olduğuna, "Qarabağ"da forma geyindiyinə, avrokuboklarda fərqləndiyinə görə, heyətə cəlb ediblər. Rəqabətə tab gətirib-gətirmədiyini deyə bilmərəm. Çünki MLS-də həddindən artıq güclü futbolçular var. Ona görə də çətin olacaq. Ümid edirəm ki, Nəriman bu rəqabətə tap gətirəcək və bu yolda ona uğurlar arzulayıram".