Azərbaycan parataekvondoçuları Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və Səmayə Həsənova (47 kq) xüsusi dəvətlə Cənubi Koreyanın Muju şəhərində keçiriləcək beynəlxalq təlim-məşq toplanışına qatılıb.


Bu barədə Rekord.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.


Toplanışa dünyanın 10-dan çox ölkəsindən 40 parataekvondoçu dəvət olunub.


Xatırladaq ki, Dünya Taekvondo Federasiyası, Taekvondo Təbliğat Fondu və "Taekwondowon" İdman Kompleksinin birgə təşkilatçılığı ilə seçilmiş idmançılar üçün təşkil olunan hazırlıq iyulun 7-nə qədər davam edəcək.