“Zirə”ni favorit hesab edirəm” - “Torpedo”nun baş məşqçisi
- 20:15
- 30
“Torpedo” (Gürcüstan) sabah UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında “Zirə”nin qonağı olacaq.
Rekord.az xəbər verir ki, oyundan bir gün əvvəl Gürcüstan təmsilçisinin baş məşqçisi Dirk Şusterin mətbuat konfransı keçirilib. Almaniyalı mütəxəssis rəqibə hörmətlə yanaşdıqlarını bildirib:
“Azərbaycana ilk dəfədir gəlmişəm. Rəqibə hörmətlə yanaşırıq. Bura gələndə bir az yubandıq. Yollarda problemlər var idi. Oyuna hazırıq. Hər şey meydanda həll olunacaq. Əlimizdən gələni edəcəyik ki, qalib gələk. “Zirə”ni favorit hesab edirəm. Düşünürəm ki, sabah maraqlı oyun görəcəksiz.
Diskvalifikasiyadan xəbərim var. “Turan Tovuz”u elə də tanımasaq da, baş məşqçilərini yaxşı tanıyırıq. Amma əlbəttə ki, belə bir qərar varsa (“Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılması), icra edilməlidir. Biz də elə ciddi hazırlıq keçməmişik.
Azərbaycanda çoxlu alman mütəxəssislər işləyib. Vaxtilə burada çalışmış Berti Foqtsla da əlaqələrim olub. “Neftçi”ni vurğulamaq istəyirəm ki, bu klubda da almaniyalı mütəxəssislər işləyib”.
Oyun sabah saat 20:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.