"Zirə"nin bu ay yolları ayırdığı Mois Adileunun yeni klubu müəyyənləşib.

Rekord.az xəbər verir ki, 27 yaşlı müdafiəçi İsrailin yüksək liqa təmsilçisi "Makkabi Petah-Tikva"ya transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Benin millisinin üzvü ilə 1 illik müqavilə imzalanıb.

Aduleu ötən mövsüm "Zirə"də ümumilikdə 28 oyuna çıxıb, 1 qol vurub.