
"Zirə"dən 3 futbolçu ilə yeni müqavilə
- 23 İyn 2023 21:00
- 296
"Zirə" 3 futbolçu ilə müqavilə müddətini artırıb.
Rekord.az xəbər verir ki, son 3 mövsümü icarə əsasında bu komandada keçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik sözləşmə imzalanılıb.
Həmçinin, ötən mövsüm "Zirə"də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. "Qarabağ"a məxsus hücumçu növbəti mövsümün sonuna qədər "qartallar"ın formasını geyinəcək.