
“Zirə”də Rəşad Sadıqovla bağlı yekun qərar açıqlandı
- 21 İyn 2023 14:30
- 346
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov klubla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı məşqçi başa çatan sözləşməsinin müddətini 2025-ci ilin yayınadək uzadıb. Onunla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə bağlı da eyni qərar verilib.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan “Zirə”yə rəhbərlik edir.